Moskvada 300-dək etirazçı saxlanıldı - FOTOLAR

27 İyul 2019 17:23 (UTC+04:00)

Moskvada müxalifətçi namizədlərin bələdiyyə seçkilərinə buraxılmamasına etiraz olaraq icazəsiz aksiya keçirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları icazəsiz mitinq keçirən iştirakçıların kütləvi saxlanılmasına başlayıb.

298 nəfərin polis bölməsinə aparıldığı qeyd olunur. Bəzi mənbələrdə isə bu rəqəm 320 qeyd olunur.

Moskva meriyasının binası önünə toplaşan etirazçılara əvvəlcə ictimai asayişi pozmamaq və aksiyanı dağıtmaq tələbi qoyulsa da, onlar buna əhəmiyyət verməyərək mitinqi davam etdiriblər.

Moskva meri Sergey Sobyanin şəhərdə nizam-intizamın tezliklə bərpa olunacağını deyib.(qafqazinfo.az)












AzNews.az