Hindistanda 127 nəfəri sel apardı

27 İyul 2019 19:45 (UTC+04:00)

Hindistanın şərqində aramsız yağışların yaratdığı sel və daşqınlar insan tələfatı, eləcə də dağıntılarla davam edir.

Bixar ştatında təbii fəlakətin qurbanlarının sayı 127 nəfərə çatıb.

Məlumata görə, 3 milyon insan sel təhlükəsi ilə üz-üzə qalıb.

Aramsız yağışlar yol infrastrukturuna, elektik təchizatına ziyan vurub, çox sayda ev dağılıb.(trend.az)

AzNews.az