“Bal ayı“ faciə ilə nəticələndi

9 May 2013 15:23 (UTC+04:00)


Fransa vətəndaşları olan iki gənc toydan sonra "bal ayı"nı keçirmək üçün "Cənnət məkan" adlanan bu adaya gəliblər.

Milli.Az-ın verdiyi məlumata görə, təzə bəylə gəlin adanın şərqindəki Sen Pol qəsəbəsi yaxınlığındakı Brizan de Sen Jil çimərliyinə yollanıblar.
Onlar çimərlikdə əylənərkən təzə bəy okean sularına dalaraq üzməyə başlayıb.

Gəlin onu yaxınlıqda durub seyr edərkən, qəflətən peyda olan köpək balığı təzə bəyə hücum çəkib və onu parçalayıb.
36 yaşlı təzə bəy gəlinin gözləri qarşısında ölüb.
Xilasedicilər suya atılaraq köpəkbalığının parçaladığı gəncin cəsədini sahilə çıxarıblar.

Dəhşətli anları görən gəlin huşunu itirib. O, dərin şok vəziyyətində xəstəxanaya aparılıb.

Madaqaskarın şərqində yerləşən, vulkanik ada olan Reyunyon Fransanın "kənar" ərazisi sayılır. Ada Fransa parlamanetinin aşağı palatasında 7 deputat, Senatda isə 3 senatorla təmsil olunur.

AzNews.az