Dünya səyahətinə çıxan kloun gəmidə dava saldı

28 İyul 2019 00:00 (UTC+04:00)

Mübahisə zamanı bir neçə dənizçi xəsarət alıb, belə ki, tərəflər mebeldən və qab-qacaqdan silah əvəzinə istifadə ediblər.

Əslində, gəmidəki ziyafət üçün "dress kod" kimi qadınlar gecə paltarında, kişilər isə kəpənək-qalstuklarda olmalıymışlar. Amma qonaqlardan biri kloun geyimində gəlib və bu, sərnişinlərin narazılığına səbəb olub. Onu restorandan çıxarmağa çalışanda isə dava düşüb.

Şahidlərin sözlərinə görə, mebellər göydə uçurmuş, yerdə isə qan gölməçəsi yaranıb.

On altıncı mərtəbədə yerləşən restorana polis çağırılıb.

Gəmi Norveçdən İngiltərəyə yön alsa da, hadisədən sonra sərnişinlər gəmidən düşməli olublar. Polis araşdırma aparıb. İki nəfər saxlanılıb.(oxu.az)

AzNews.az