Nigeriyada "Boko Haram" terrorçuları 23 nəfəri öldürdü

28 İyul 2019 07:25 (UTC+04:00)

Nigeriyanın şimal-şərqində “Boko Haram” radikal qruplaşmasının üzvlərinin hücumu nəticəsində azı 23 nəfər ölüb.

Bu barədə “France-Press” agentliyi məlumat yayıb.

Bildirilir ki, silahlılar motosikletlərlə Borno ştatında bir kəndə gəlib və dəfn mərasimindən qayıdan insanlara atəş açıblar. (APA)