Nyu-Yorkda atışmada bir nəfər öldü - 11 yaralı var

28 İyul 2019 10:07 (UTC+04:00)

Nyu-Yorkun Bruklin rayonunda atışma olub.

"New York Post" qəzetinə istinadən xəbər verilir ki, nəticədə 1 nəfər ölüb, 11 nəfər yaralanıb.

Məlumatda bildirilir ki, yaralıların hamısı xəstəxanaya yerləşdirilib.

İnsident Bruklin küçələrindən birində keçirilən şənlik zamanı baş verib.

Polis cinayətkarın axtarışına başlayıb. (Report)