Kişi sevgilisini öldürdü və beynini yedi

28 İyul 2019 10:45 (UTC+04:00)

ABŞ-da Cozef Oberhansley adlı bir kişi sevgilisini bıçaqla doğrayıb və sonra onun bəzi orqanlarını yeyib.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı Daily Mail yayıb.

Məlumata görə, qatil qızın beyin, ürək və ağciyərinin bir hissəsi yeyib.

Oberhanslinin avqustun 19-da məhkəməsi olacaq. 38 yaşlı amerikalı ömürlük həbs cəzası ala bilər.

Əvvəlcə o, cinayəti etiraf edib, lakin sonra sevgilisini alkoqol aludəçiləri və pozğunlarla ünsiyyət qurmaqda günahlandırıb və bu da onun qəddar qətlinə səbəb olub.

Hüquq-mühafizə orqanları bildirirlər ki, İndiana ştatının sakini qızı 2014-cü ildə öldürüb. Onun cəsədi hamam otağında tapılıb. Sonradan məlum olub ki, ölüm çoxsaylı bıçaq yaralarından sonra gəlib.

Həmçinin qurbanın evində və cəsədin yanında cinayətkarın qidalandığı daxili orqanların qalıqları, zibil vedrəsində qan, şpris və tava tapılıb.

Babək Göyüş

AzNews.az