Azərbaycanda sərnişinlər ən çox hansı nəqliyyat növündən istifadə edir?

28 İyul 2019 13:01 (UTC+04:00)

Sərnişinlərin 87,7 faizi avtomobil nəqliyyatı, 12,1 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 72,2 milyon ton yük daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz artım qeydə alınıb.

Sərnişinlərin 96,0 faizi avtobus, 4,0 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 1,5 faiz azalaraq 116,6 milyon nəfər olub.

Hava nəqliyyatı ilə 1 milyon 127,5 min və ya 6,3 faiz çox sərnişin daşınıb. (Trend)