Gürcüstanda "Kamaz"ın dərəyə aşması nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb

28 İyul 2019 15:04 (UTC+04:00)

Bu barədə Gürcüstan Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Bu gün aparılan axtarış-xilasetmə əməliyyatı zamanı qəzadan sonra itkin düşənlərdən birinin cəsədi tapılıb. Ərazidə axtarışların davam etdiyi bildirilib.

Xatırladaq ki, ötən gün baş verən qəzada kuzovunda 13 nəfər olan "Kamaz" markalı yük maşını 400 metr yüksəklikdən uçuruma aşıb. Nəticədə 6 nəfər ölüb, beş nəfər yaralanıb. Yaralılar helikopterlə Telavi xəstəxanasına çatdırılıb, onların vəziyyətinin qənaətbəxş olduğu bildirilib. Daha bir nəfərin axtarışı davam etdirilir.

Qəzanın texniki nasazlıq səbəbindən baş verdiyi bildirilib. (APA)