Ruhani: İran Fars körfəzinin dənizçilik üçün etibarlı yol olmasına çalışır

28 İyul 2019 15:34 (UTC+04:00)

Bunu İran Prezidenti Həsən Ruhani Omanın xarici işlər naziri Yusif Bin Ələvi ilə görüşdə deyib.

H.Ruhaninin sözlərinə görə, regionda xarici qüvvələrin iştirakı təhlükəsizliyə kömək etməyəcək. O bildirib ki, xarici qüvvələrin iştirakı bölgədə gərginliyin əsas səbəbidir:

“Böyük Britaniyanın İrana məxsus neft tankerini Cəbəllütariq boğazında saxlaması qeyr-qanunidir və Britaniya üçün heç bir faydası olmayacaq”.