“İnterpol”la axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanılıb

28 İyul 2019 16:36 (UTC+04:00)

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saxlanılan 1989-cu il təvəllüdlü T.Q. adlı şəxs “İnterpol”un “qırmızı xətti” ilə axtarışda olub. Azərbaycan vətəndaşı qəsdən qətl törətməkdə şübhəli bilinir. O, 2015-ci ildən axtarışda olub.

Saxlanılan şəxsin Azərbaycana ekstradisiya olunması istiqamətində ilkin tədbirlər həyata keçirilir. (Report)