Qazaxda gənc qız dərmandan zəhərlənib, vəziyyəti ağırdı

28 İyul 2019 21:56 (UTC+04:00)

Hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2001-ci il təvəllüdlü Əliyeva Samirə bir çox həb qəbul edib. 18 yaşlı qız özünü pis hiss etdiyindən yaxınları tərəfindən Qazax Rayon Diaqnostika Mərkəzinin Reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan APA-ya verilən məlumata görə, S.Əliyevanın vəziyyəti ağırdır.

Onun hansı səbəbdən bir neçə həbi qəbul etməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.