Dünyanın 17 şəhəri “Qarabağ“ dedi- FOTOLAR

9 May 2013 16:40 (UTC+04:00)


Şuşanın işğalı ilə bağlı Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Forumu - ASAIF "Voices for peace, voices for Karabakh" adlı yeni kampaniyaya start verib. ANS PRESS-in " Voicesforkarabakh"ın Twitter səhifəsinə istinadən verdiyi məlumata görə, kampaniya rəsmi olaraq 8 may 2013-cü ildə müxtəlif ölkələr üzrə saat 13:00-dan etibarən Azərbaycan torpağı olan Şuşa şəhərinin ermənilər tərəfindən işğalının 21-ci ildönümündə başlayıb. Bu kampaniyanın məqsədi ictimaiyyətin diqqətini Qarabağ müharibəsinin günahsız qurbanları ilə yanaşı, həm də dünyada hazırda davam edən bütün digər münaqişələrə yönəltməkdir.

ASAIF məcburi şəkildə öz yurd-yuvalarından didərgin salınmış və köçkün həyatına məhkum edilmiş minlərlə insanın taleyi barədə düşünməyə və hərəkətə keçməyə dəvət edir. Həmçinin ictimaiyyəti bu kampaniyada fəal iştirak etməklə insanlıq, bəşəri birlik və həmrəylik naminə Şuşa işğalının qurbanlarını hörmətlə yad etməyə səsləyir.

Qeyd edək ki, bu kampaniya ASAIF və Odlar Yurdu Cəmiyyəti tərəfindən Şuşa, Qarabağ üçün bütünlükdə dünya insanı, sülh üçün başladılır və ilboyu davam edəcək. Mayın 8-də başlayan aksiya dünyanın 17 şəhərinin mərkəzi küçələrində musiqiçilərin triosu ilə start götürüb. Onlar yerli auditoriyanın diqqətini cəlb etmək üçün klassik əsərlər ifa edirlər. Kampnaoya çərçivəsində həin şəhəlrəin sakinlərini Dağlıq Qarabağ münaqişəsinə dair ətraflı məlumatlar çatdıracaqlar.

Daha ətraflı məlumatı www.voicesforkarabakh.com rəsmi səhifəsindən əldə edə bilərsiz.

AzNews.az