Nigeriyada silahlıların hücumu zamanı onlarla insan həlak olub

28 İyul 2019 23:54 (UTC+04:00)

Hadisə Borno ştatında baş verib. "Boko Haram" radikal qruplaşmasının silahlıları motosikletlərlə kəndlərin birinə gələrək yasdan qayından şəxsləri atəşə tutublar.

Onlarla insan yaralanıb.

Qeyd edək ki, “Boko Haram” radikal qruplaşması Nigeriyanın şimal-şərqində və şimalında fəaliyyət göstərir. (Trend)