29 iyul - Beynəlxalq Pələng Günüdür

29 İyul 2019 09:33 (UTC+04:00)

29 iyul - Beynəlxalq Pələng Günüdür.

Bu gün 2010-cu ildə Sankt-Peterburqda keçirilən “Pələng sammit”ində təsis olunub.

Pələnglər pişikkimilər fəsiləsinin ən güclü və böyük üzvləridir. Faunanın bu yırtıcı nümayəndələri əsasən, Banqladeş, Malayziya, Hindistan və Koreyada yaşayırlar. Pələnglərin sayına görə Hindistan dünyada birinci yerdədir. Dünya Vəhşi Təbiəti Müdafiə Fondunun məlumatına görə, Yer kürəsində mövcud olan 3890 pələngdən 2500-dən çoxu Hindistandadır.

Pələnglərin sayının azalmasında əsas faktor brakonyerlik, qanunsuz heyvan ticarəti kimi antropogen amillər, iqlim dəyişikliyi və onların yaşayış areallarını itirməsidir.

Beynəlxalq Pələng Günü bəşəriyyətin diqqətini bu yırtıcıların qorunmasına və onların sayının azalmasının qarşısının alınmasına çəkmək üçün bir çox ölkələrdə qeyd edilir.(qafqazinfo.az)

AzNews.az