22 nəfər şaurmadan zəhərləndi

29 İyul 2019 10:21 (UTC+04:00)

Yakutiyada Çurapa kəndində kafelərin birində kütləvi zəhərlənmə baş verib.

Kafedə şaurma yedikdən sonra 22 nəfər həkimə müraciət edib. Regional səhiyyə idarəsinin mətbuat xidmətindən məlumatı təsdiqləyiblər. Həkimə müraciət edənlərdən 8 nəfərin azyaşlı olduğu bildirilir. Onlar hazırda stasionar şəkildə müalicə olunurlar.

Hadisədən sonra kafedə qidalardan laborator analizlər üçün nümunələr götürülüb. Fakt araşdırılır.(trend.az)

AzNews.az