Ermənistanda benzinlə dolu 17 vaqon yanır - VİDEO

29 İyul 2019 10:32 (UTC+04:00)

Ermənistan Lori vilayətində Tumanyan dəmiryol stansiyası yaxınlığında benzinlə dolu vaqonlarda yanğın başlayıb.

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildiriblər.

Yanğın 17 vaqonu əhatə edir.

Məlumata görə, hər çənin həcmi 50 tondur. 29 vaqondan 17-də bezin, 4-də taxıl, 1-də isə alüminium tikinti materialı var. Qalan vaqonlar boş olub. Qatar Ermənistanın Baqrataşen şəhərindən Gümrüyə doğru hərəkət edirmiş.

Hadisə lokomotivin relsdən çıxması nəticəsində baş verib. Qəza yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb edilib.(report.az)

AzNews.az