Üç nəfər göbələkdən zəhərləndi - Biri öldü

29 İyul 2019 11:55 (UTC+04:00)

Gürcüstanın Lentexi rayonunda 1 nəfər göbələkdən zəhərlənərək ölüb.

67 və 76 yaşlı digər iki şəxs isə ağır vəziyyətdə Kutaisi şəhər xəstəxanasına çatdırılıb.

Onlar reanimasiya şöbəsinə yerləşdirilib. Zəhərlənən şəxslərin qohum olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az