55 yaşlı müğənni alt paltarında rəqs etdi

29 İyul 2019 13:06 (UTC+04:00)

Türkiyənin TV8 kanalında yayımlanan “Yemekteyiz” verilişinin çəkilişlərindən öncə Bodrumda tətil edən Seda Sayan Safiye Soymanın evində qonaq olub.

İkili rəqs etdikləri videonu izləyiciləri ilə bölüşüblər.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Safiye Soyman ilə Bodrumda bir araya gələn Seda Sayan “Yemekteyiz” proqramının çəkilişindən öncə stres atıb.

Ərəbcə mahnıya rəqs edən ikili əyləndikləri anları “İnstagram”da yayımlayıb.

55 yaşlı Seda Sayan ağ rəngli çimərlik geyimi ilə “şou göstərib”. 58 yaşlı Safiye Soyman da onu rəqsi ilə tək qoymayıb.

Səidə Vahid

AzNews.az