12 yaşlı uşağın meyiti tapıldı - dənizdən

29 İyul 2019 12:54 (UTC+04:00)

Abşeron rayonunda dənizdə batan 12 yaşlı uşağın meyiti tapılıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, iyulun 28-də Abşeron rayonunda, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batan 2007-ci il təvəllüdlü İbadullayev Elman Telman oğlunun axtarışları başa çatıb.

E.İbadullayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

AzNews.az