Ərzurumda 2 yük maşını toqquşdu - 1 ölü var

29 İyul 2019 14:37 (UTC+04:00)

Türkiyənin Ərzurum şəhərində iki "TIR"ın (yük maşını) toqquşması nəticəsində dəhşətli qəza baş verib.

AzNews.az Türkiyə mətbuatına əsasən xəbər verir ki, hadisə saat 13:30 radələrində Ərzurumun Aşkale kəndində qeydə alınıb.

Verilən məlumata görə, S.A bir anda idarəetməni itirərək eyni istiqamətdə gələn "TIR"la toqquşub.

Qəza nəticəsində bir nəfər həyatını itirib.

Yüngül xəsarət alan digər sürücü A.E Ərzurum Atatürk xəstəxanasına göndərilib.

Mehri QURBANOVA

AzNews.az