İngiltərə “Arsenal”ının yarımmüdafiəçisi Məhəmməd əl-Neninin Misirdəki evində insan cəsədi tapılıb.
AzNews.az bildirir ki, bu barədə BBC-yə mənbədən xəbər verilib.
Məlumata əsasən, xavbekin atası Nasər əl-Neni ölkənin paytaxtı Qahirədən yüz kilometr məsafədə, Məhəllə əl-Kübrə şəhərində yerləşən villaya gəldikdə, orada cəsəd aşkar edib.
Polis bildirir ki, ölən oğru olub. Elektrik kabellərini oğurlamağa çalışan zaman tok onu vurub.
Nigar Orucova
AzNews.az