55 qanunsuz gərgədan buynuzu ələ keçirildi

29 İyul 2019 16:32 (UTC+04:00)

4 milyon dollar dəyərində 125 kiloqram ağırlığında gərgədan buynuzları ələ keçirilib.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Vyetnamda baş verib.

Gömrük işçiləri Hanoy beynəlxalq hava limanında ölkəyə keçirilməsi nəzərdə tutulan 55 qanunsuz gərgədan buynuzu götürüb.

Rəsmilərin verdiyi məlumata görə, buynuzlar gips bloklarına yerləşdirilib.

Məlumatda buynuzların gömrük işçilərinin nəzarətindən yayınması üçün vergi tutulmayan maddə kimi qeydiyyata alındığı deyilir.

Qeyd edək ki, nəsli tükənməkdə olan gərgədan buynuzu xərçəng də daxil olmaqla müxtəlif xəstəliklərin müalicəsində, xüsusən alternativ tibbdə istifadə olunur.

Bu səbəbdən Asiyanın bəzi bölgələrində yüksək qiymətə satılır.

Gül Qədirli

AzNews.az