Bakıda toyda klarnet ifaçısı qəfildən keçinib

29 İyul 2019 20:49 (UTC+04:00)

Vaqif Zabratlı adıyla tanınan klarnet ifaçısının halı pisləşib və o, təcili tibbi yardım xidməti gələnə qədər keçinib.

Xəbəri həmin vaxt məclisdə olan müğənni Sevinc Bünyadova da təsdiqləyib. Onun sözlərinə görə, V.Zabratlı ürək çatışmazlığından əziyyət çəkirmiş. (APA)