Ağdaşda su kanalında batan şəxsin kimliyi məlum olub

29 İyul 2019 20:58 (UTC+04:00)

Bu, rayon sakini, 1997-ci il təvəllüdlü Nurlan Təhməz oğlu Məmmədovdur.

Onun meyiti batdığı Yuxarı Şirvan kanalından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (Report)