Rusiya və İran birgə hərbi təlimlər keçirəcək

29 İyul 2019 22:11 (UTC+04:00)

Bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı Hüseyn Xanzadi deyib.

O bildirib ki, bu təlimlər ilin sonunadək təşkil olunacaq: "Tezliklə müştərək təlimin təşkili üçün kordinasiya iclası keçiriləcək".

Sankt-Peterburqda Rusiya Hərbi Dənizçilik günü ilə bağlı tədbirdə İranı təmsil edən H.Xanzadi bildirib ki, səfər çərçivəsində İran və Rusiya arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsinə dair saziş də imzalanıb.

Xəzər dənizində hərbi əməkdaşlığın inkişaf etdirilməsinə dair Xəzəryanı ölkələrin nümayəndələri ilə də görüşlər keçirdiyini deyən H.Xanzadi qeyd edib ki, Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələri komandanları arasında öncədən əməkdaşlıq üçün saziş imzalanıb, danışıqlarda müqavilənin təkmilləşdirilməsi haqqında müzakirələr aparılıb. (APA)