İmişlidə fermada yanğın olub

29 İyul 2019 22:58 (UTC+04:00)

FHN-dən Aznews.az-a verilən məlumata görə, rayonun Otuziki kəndində ümumi sahəsi 1700 m² olan fermanın dam örtüyünün taxta atmaları 150 m² sahədə və fermanın içərisinə yığılan 20 ton ot bağlamasının 7 tonu yanıb.

Fermanın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​