Bu ölkədə də hərbi təyyarə qəzaya düşdü: 17 ölü var - YENİLƏNİB

30 İyul 2019 06:37 (UTC+04:00)

Pakistanda hərbi təyyarənin qəzaya uğraması nəticəsində 17 nəfər ölüb.

Bu barədə “Reuters” yerli hərbi mənbələrə istinadən məlumat yayıb.

Bundan əvvəl 10 nəfərin öldüyü deyilirdi.

Məlumata görə, təyyarə ölkənin şimalındakı Ravalpindi şəhəri üzərində təlim keçirmiş. Aviaqəzadan sonra yanğın baş verib və bir neçə binanı bürüyüb. Hazırda yanğın söndürülüb.

Pakistan hərbçiləri bildirir ki, qəza nəticəsində təyyarədə olan 5 nəfərin hamısı ölüb. İnsidentin qurbanı olmuş digər 12 nəfər dinc sakinlər olub. Hadisənin səbəbləri hazırda araşdırılır.

Qeyd edək ki, təyyarə yaşayış məhəlləsinə düşüb.

03:04

Pakistanda kiçikhəcmli təyyarənin qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb.

“TASS” agentliyinə istinadən xəbər verilir ki, təyyarə ölkənin şimalındakı Ravalpindi şəhərində yaşayış məhəlləsinə düşüb.

Qəzadan sonra yanğın baş verib, yanğın bir neçə binanı bürüyüb. Ölənlərin hamısının təyyarədə və ya yaşayış məhəlləsində olub-olmadığı məlum deyil. Hazırda polis araşdırma aparır. (APA)