Avropa iqtisadiyyatı ağır dövrə qədəm qoyur - “Bloomberg”dən xəbərdarlıq

30 İyul 2019 10:15 (UTC+04:00)

Analitiklər 2019-cu ilin ikinci yarısında Avropa iqtisadiyyatının 0,2%-ə qədər azalacağını proqnozlaşdırıblar.

AzNews.az bu barədə “Bloomberg”ə istinadən xəbər verir.

Nəşr qeyd edir ki, zəif iqtisadi fon Avropaya, xüsusilə, avtomobil istehsalçılarına təsir göstərir.

Avropa Mərkəzi Bankının sədri Mario Draqa isə bildirib ki, iqtisadi perspektivlər get-gedə daha da pisləşir.

Bundan başqa, analitiklər inflyasiyanın 1,3% - dən 1,1% - ə düşəcəyini gözləyirlər ki, bu da Avropa iqtisadiyyatının sürətinə təsir göstərə bilər.

Qeyd edək ki, cari ilin birinci rübündə Avropa iqtisadiyyatı 0,4 faiz artmışdı. Bu da iqtisadiyyatın korporativ sektoruna zərbə vurmuşdu.

Nigar Orucova

AzNews.az