Aktrisa məşhur seriala görə depressiyaya düşdü

30 İyul 2019 11:20 (UTC+04:00)

Türkiyənin məşhur "Yeni Gelin" serialının aktrisası Feride Hilal Akın çəkilişlər zamanı düşdüyü çətinliklərdən danışıb.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, o, Adanada baş tutan çəkilişlərin ilk altı ayı ərzində depressiyaya düşdüyünü açıqlayıb.

Müğənni mühitə öyrəşməkdə çox çətinlik çəkdiyini vurğulayıb.

"Aktyorluq ciddi fədakarlıq və əmək tələb edir. Həyatımız çəkiliş meydançalarında keçir", - deyə o, əlavə edib.

Akın musiqidən uzaq olmağın onu kədərləndirdiyini bildirib.

Gül Qədirli

AzNews.az