Dənizdə batan iki gəncin meyiti tapıldı

30 İyul 2019 11:57 (UTC+04:00)

Sabunçuda dənizdə batan 28 yaşlı iki gəncin meyiti tapılıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, iyulun 28-də Bakı şəhərinin Sabunçu rayonunda, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batan 1991-ci il təvəllüdlü Əzizov Murad Teymur oğlunun və 1991-ci il təvəllüdlü Hacıquliyev Kamran Ağəli oğlunun axtarışları başa çatıb.

M.Əzizovun və K.Hacıquliyevin meyitləri Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

AzNews.az