Bakıya festivala gələn müğənninin əri beynəlxalq axtarışa verildi

30 İyul 2019 12:03 (UTC+04:00)

Moldovanın Daxili İşlər Nazirliyi Rusiyanın tanınmış müğənnisi Jasminin həyat yoldaşı, deputat İlan Şoru beynəlxalq axtarışa verib.

AzNews.az bildirir ki, bu barədə “RİA Novosti” respublikanın daxili işlər nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Qeyd edilir ki, bir müddət öncə deputata qarşı ölkədən qanunsuz çıxmaq faktı üzrə iş açılıb.

DİN-dən verilən məlumata görə, bank fırıldağında iştirak etdiyi üçün İlan Şora 2017-ci ildə Moldovada 7,5 il həbs cəzası verilmişdi.

Məhkəmənin qərarı ilə ona Moldova ərazisini tərk etməyi qadağan edilmişdi.

Xatırladaq ki, Jasmin 25-28 iyul tarixində keçirilən “Jara-2019” beynəlxalq musiqi festivalında iştirak etmək üçün Bakıya gəlmişdi.

Nigar Orucova

AzNews.az