Türk televiziya tarixinin məşhur ekran işinin aktyorları 20 il sonra heyranlarını duyğulandıran paylaşım edib.
AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1999-cu ildə yayımlanmağa başlayan "Ayrılsak da Beraberiz" serialının personajları Teoman və Feridun sosial media hesablarında 20 il sonra eyni pozla şəkil paylaşıblar.
Necmi Yapıcı şəkili “1999-2019. 20 illik köhnəlməyən dostluq” başlığı ilə paylaşıb. Hakan Yılmaz da eyni pozanı “Ət və dırnaq” yazaraq izləyicilərinə təqdim edib.

Mehri QURBANOVA
AzNews.az