İstanbulda meşə yandı - vətəndaşlar da köməyə gəldi

30 İyul 2019 12:37 (UTC+04:00)

Türkiyədə meşədə yanğın olub.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə İstanbulun Sultanqazi bölgəsində baş verib.

Olay yerinə gələn xilasedicilər və vətəndaşlar gedərək yanğının qarşısını almağa çalışıblar. Baş verən yanğının səbəbi bilinmir.

Yanğın çox sayda ağaca ziyan vurub. Hadisə baş verən ərazidə bir küçə iti yanğınsöndürənlərin və vətəndaşların işlərini dəqiqələrcə izləyib.

Övladları ilə yanğını söndürməyə çalışan bir qadın öz imkanları ilə yanğını söndürməyə çalışdıqlarını deyib.

"Digər tərəflərə gücümüz çatmadı. Nəticədə bunlar oksigen mənbəyimiz, ağciyərlərimizdir. İnsanlar daha həssas olsunlar".

"Əvvəlcə biz gəldik.Yanğının bir hissəsini kürəklərlə söndürdük. Digər tərəfdə külək olduğu üçün oranı söndürə bilmədik. Yanğın söndürənlər maşını səhv istiqamətdə saxladıqları üçün vaxtında müdaxilə edə bilmədilər" , - deyə digər vətəndaş əlavə edib.

Gül Qədirli

AzNews.az