Türkiyədə silah fabriki yanır - olay yerinə helikopter çağırıldı

30 İyul 2019 12:54 (UTC+04:00)

Türkiyədə silah fabrikində yanğın qeydə alınıb.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Konya şəhərində ov tüfəngi istehsal edən Huğlu ov tüfəngləri şirkətinin damında başlayıb.

Yanğının səbəbi naməlumdur.

Olay yerinə gələn xilasetmə qrupları yanğın söndürmə işlərinə başlayıblar. Yanğına müdaxilə etmək üçün Antalya və Burdurdan helikopter istənilib.

Gül Qədirli

AzNews.az