Avropa İnsan haqları məhkəməsi Ermənistanı cərimələdi

9 May 2013 21:35 (UTC+04:00)
Hakimlərin qərarına görə İrəvan administrasiyasının 2004-cü ildə Yeqovanın Şahidləri cəmiyyətinin 17 üzvünü haqsız yerə həbs edib.

Avropa Məhkəməsi Ermənistan hökumətinin sözügedən məhbuslara 112 min avro təzminat ödəməyi tələb edib.

Məsələ burasındadır ki, sözügedən dindarlar həbs olunan vaxt, Ermənistanın cinayət məcəlləsində nə yeqovanın şahidləri, nə də oxşar qurumların fəaliyyət göstərməsini qadağan edən qanun olmayıb. 2004-cü ildə 17 misyoneri həbs edən irəvan administrasiyası, 1 il sonra ayılsa da, artıq cinayət məcəlləsinə dəyişiklik gec olub.


AzNews.az