Boşanan məşhur cütlük barışdı? - FOTO

30 İyul 2019 15:10 (UTC+04:00)

Boşanan türkiyəli məşhur cütlüyün dünənki paylaşımları izləyicilərini həyəcanlandırıb.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktyor Kaan Yıldırım və aktrisa Ezgi Eyüboğlu İnstagram hesablarında eyni anda gün batımı fotoları paylaşıb.

Foto izləyicilərdə barışdıqlarına dair sual doğurub. Hər iki məşhur bunun tamamilə təsadüf olduğunu bildirib.

Xatırladaq ki, 2016-cı ildə evlənən Kaan Yıldırım və Ezgi Eyüboğlu son həftələrdə ani qərarla boşanıblar.

Gül Qədirli

AzNews.az