Brüs Villis və qızı yenə gündəmdə - bu dəfə çimərlik geyimində

30 İyul 2019 17:50 (UTC+04:00)

Brüs Villis və Demi Murun qızı Talluladan heç vaxt bilmək olmur ki, nə gözləmək olar. Bu qız ən qəribə görünüşdə üzə çıxmaqla öz abunəçilərini güldürməkdən çəkinmir.

AzNew.az bildirir ki, bu dəfə isə o, 64 yaşlı atası, Brüs Villislə hovus kənarında çəkdirdiyi qeyri-standart şəkillə gündəmə gəlib.

Tallula özünün “Instagram” səhifəsində paylaşdığı fotonu isə belə şərh edib: “Birini doğum günü münasibəti ilə təbrik etməyin ən yaxşı yolu, sənin şəklini çəkməyə icazə verməkdir”.

Həştəq və postun yerləşdirilmə tarixinə əsasən, bu məzəli şəkillərin müəllifinin Tallulanın doğma bacısı Skautun olduğu aydın olur.

Sosial şəbəkə istifadəçiləri şərhlərdə məşhur ailənin yumar hissini dəyərləndiriblər.

Nigar Orucova

AzNew.az