Göygöldə yol qəzasında iki nəfər ağır xəsarət alıb

30 İyul 2019 23:14 (UTC+04:00)

Hadisə Bakı-Qazax magistral yolunun Üçtəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “QAZel” markalı yük maşını “NİVA” markalı avtomobilə çırpılıb. Zərbənin gücündən “NİVA” aşıb.

Qəza zamanı “NİVA”nın sürücüsü, 1985-ci il təvəllüdlü Göygöl rayon sakini Mövlayev Ramazan və avtomobildə olan bir nəfər sərnişin xəsarət alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib. Xəstələrin vəziyyətinin orta-ağır olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır. (APA)