"Brent" neftinin qiyməti 65 dolları ötdü

31 İyul 2019 08:41 (UTC+04:00)

Londonun ICE birjasında "Brent" markalı Şimal dəniz neft qatışığının sentyabr fyuçersinin Bakı vaxtı ilə 06:20-yə olan vəziyyətə görə dəyəri bir barel üçün 65,16 dollar təşkil edib.

TASS-a istinadən xəbər verilir ki, bunu birja məlumatları təsdiq edir.

Bu növ neftin bir barelinin qiyməti sonuncu dəfə cari ilin iyul ayının 17-də 65 dollardan yuxarı olub. (Report)