Avropa Liqasında 4 cüt dəqiqləşdi

31 İyul 2019 01:03 (UTC+04:00)

Avropa Liqasında III təsnifat mərhələsinin 4 cütü dəqiqləşib.

Bu, Çempionlar Liqası və Avropa Liqasının II təsnifat mərhələsinin baş tutan yeddi qarşılaşmasından sonra müəyyənləşib.

Çempionlar Liqasında uduzan 7 klub Avropa Liqasına yollanıb. Onlardan beşi Çempionlar yolunda mübarizə aparanlardır. Üçünün rəqibi isə Avropa Liqasının Çempionlar yolunda uduzanlardan olub.

Daha bir cüt Çempionlar Liqasının Liqa yolu hesabına dəqiqləşib. Mərhələ adlaya bilməyən “Viktoriya” ilkin raundlardan azad olan “Antverpen”lə üz-üzə gələcək.

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları avqustun 8-də və 15-də keçiriləcək. (APA)

Avropa Liqası
III təsnifat mərhələsi
Çempionlar yolu

“Makkabi” (Təl-Əviv, İsrail) - "Suduva" (Litva)
"Ararat" (Ermənistan) - "Saburtalo" (Gürcüstan)
"Düdelanj" (Lüksemburq) - "Nomme Kalyu" (Estoniya)
Əsas yol
“Antverpen” (Belçika) - “Viktoriya” (Çexiya)