Paytaxtda mağaza yanıb

31 İyul 2019 10:00 (UTC+04:00)

Bakıda yanğın hadisəsi baş verib.

AzNews.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata əsasən, Xətai rayonunda birmərtəbəli mağaza yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzNews.az