Kəşmir bölgəsində atışma - 3 əsgər öldü

31 İyul 2019 10:12 (UTC+04:00)

Ötən gecə Pakistanın mübahisəli Kəşmir bölgəsində atışma nəticəsində iki pakistanlı və bir indus əsgəri ölüb.

Pakistan mətbuatına istinadla xəbər verilir ki, atışma Kəşmirin Sunderbani, Tanqxar və Keran ərazilərində baş verib.

Qeyd edək ki, Cammu və Kəşmir Hindistanın yeganə ştatıdır ki, burada yaşayanların əksəriyyəti müsəlmanlardır. (Azərtac)