Tramp “twitter”ə olan sevgisinin səbəbini açıqladı

31 İyul 2019 10:37 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp “Twitter”də tez-tez post yazmağının səbəbini açıqladı.

Bu barədə AzNews.az “RİA Novosti”yə istinadla yazır.

Trampın sözlərinə görə, “Twitter” ona jurnalistlərin hücumlarından qorunmağa kömək edir. O qeyd edib ki, mətbuat onu vicdanla işıqlandırsaydı, sosial şəbəkədə bu qədər fəal olmazdı.

“Bu mənim yeganə müdafiə formamdır. Əgər mətbuat məni vicdanla işıqlandırsaydı, bu, mənə lazım olmazdı”, - Tramp əlavə edib.

Lakin, onun fikrincə, kütləvi informasiya vasitələri onu ədalətsiz şəkildə işıqlandırır, buna görə də çox məyus olur.

“Onlar həqiqətən yanlış şəkildə işıqlandırırlar, buna görə də “feyk xəbərlər” ( saxta xəbərlər – red.) termini yaranıb”, - deyə Tramp bildirib.

Nigar Orucova

AzNews.az