Dərinizin gözəl olması üçün gül suyu istifadə edin Faydaları

31 İyul 2019 11:04 (UTC+04:00)

Gül suyunun cildə faydaları

Gözəl ətirli güllərdən əldə edilən saf və təbii gül suyu cild baxımı, gözəlliyi üçün istifadə edilən və möhtəşəm nəticə verən bir məhsuldur.

AzNews.az Türkiyə mətbuatına istinadən gül suyunun cildə olan faydalarını sizə təqdim edir:

- Cildin erkən yaşlanmasını əngəlləyir.

- Cildin dərinliklərinə hoparaq orada olan yağ və kiri təmizləyir, təkrar yaranmasının qarşısını alır.

- Pilinq sonrası yaranan gərginlik, quruluq və qaşıntını aradan qaldırır.

- Hər dəri tipi üçün uyğundur.

- Dəridə olan qızartıları aparır.

- Canlı və parlaq bir cildə sahib olmağınıza zəmin yaradır.

- Ləkələri zamanla aparır və daha parlaq bir dəri rəngi əldə etməyinizə yardımçı olur.

- Göz altındakı kölgə və şişlərdən narahat olanlar gül suyu istifadə edə bilərlər.

Səidə Vahid

AzNews.az