“Diqlas”ın söküntüsü başa çatdı

31 İyul 2019 10:58 (UTC+04:00)

“Diqlas” ticarət mərkəzinin söküntüsü başa çatıb.

Ərazidə təmizlik işləri aparılır.

Qeyd edək ki, bu il martın 26-da paytaxtın Nizami rayonunda yerləşən 5 mərtəbəli “Diqlas” ticarət mərkəzində yanğın baş verib. Hadisə zamanı vəfat edən olmayıb, 6 nəfər yüngül xəsarət alıb, 10-a yaxın şəxs isə tüstüdən zəhərlənib. Yanğında 2 hektar ərazisi olan ticarət mərkəzi tamamilə yanıb. (APA)