Əfqanıstanda avtobus partladı: Çoxlu sayda ölən var

31 İyul 2019 11:34 (UTC+04:00)

Əfqanıstanda avtobus partlayıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ölkənin Herat vilayətində baş verib.

Yol kənarında yerləşdirilən bomba avtobus keçən zaman partlayıb. Nəticədə 32 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Mehri Qurbanova

AzNews.az