“Nabran Open” şahmat turnirində yüzədək idmançı yarışacaq

31 İyul 2019 11:47 (UTC+04:00)

Avqustun 27-də Xaçmazda “Nabran Open” şahmat turnirinə start veriləcək.

Turnirdə 100-dək uşaq və yeniyetmə şahmatçı mübarizə aparacaq.

Nabrandakı “Dalğalı” istirahət mərkəzində keçiriləcək yarışın əsas məqsədi şahmatçıların ustalıq səviyyəsinin, FIDE beynəlxalq əmsallarının və idman dərəcəcələrinin artırılması, həmçinin düşərgə şəraitində onların asudə vaxtlarının səmərəli təşkilidir.

İsveçrə sistemi üzrə təşkil olunan turnir avqustun 31-dək davam edəcək.

Yeddi turdan ibarət yarışın qalibləri diplom, medal və hədiyyələrlə mükafatlandırılacaq.