Azərbaycan şahmatçısı İspaniyada açıq turnirdə ikinci yeri tutub

31 İyul 2019 13:40 (UTC+04:00)

Azərbaycan şahmatçısı Namiq Quliyev İspaniyanın Siges şəhərində keçirilən açıq beynəlxalq turnirdə uğurla çıxış edib.

Doqquz turdan 7 xal toplayan şahmatçımız ikinci yeri tutub.

Turnirdə eyni xal toplayan rusiyalı Sergey Volkov əlavə göstəricilərə görə, birinci pillədə qərarlaşıb.(AZƏRTAC)

AzNews.az