Ceniffer Lopezə Ərdoğanın qaldığı özəl villa hazırlandı

31 İyul 2019 13:56 (UTC+04:00)

Dünya ulduzu Cennifer Lopez "It's My Party" turnesi çərçivəsində Türkiyədə konsert verəcək.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, o, avqustun 6-da Antaliyada yerləşən lüks otellərin birində iki saatlıq səhnə alacaq.

İstəkləri ilə hər kəsi şok edən ifaçı Türkiyəyə altı TIR dolu əşya ilə gələcək.

Ulduz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın G20 zirvəsinde qaldığı güllə keçirməyən şüşə villada qalacaq.

Biletin qiyməti 7 min TL və 50 min avro arasında dəyişir.

Rəqsanə

AzNews.az